Qarlı hava “təlaşı” – bu gündən hava kəskin dəyişəcək | DEFAKTO.AZ Qarlı hava “təlaşı” – bu gündən hava kəskin dəyişəcək – DEFAKTO.AZ

Qarlı hava “təlaşı” – bu gündən hava kəskin dəyişəcək

44

Rayonlarda yağıntıların intensiv və güclü olacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.  Məlumatda paytaxt və rayonlara qar yağacağı qeyd edilib: “Avropa meteoxidmətləri builki qış fəslinin son 30 ilin ən soyuq qışı olacağını istisna etmir. Qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək. Həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərədək yayıldıqda belə hava hadisəsi ”arktika sıçrayışı” adlanır. Hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar və çovğun yollarda buz örtüyü əmələ gətirib.Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb. Həftənin 2-ci yarısında Şimalı Qafqazda və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq.Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır. Bununla əlaqədar, 13-də səhər Naxçıvan MR-də, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, lakin aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Yanvarın 15-də cənub-qərb küləyinin güclənəcəyi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunları təhlükəsi ehtimal olunur. Yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək. Lakin proqnoz modelləri böyük ehtimalla Abşeronda sulu qarın yağacağını deməyə imkan verir. Belə ki, Bakıda və Abşeronda 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir. Ayın 13-ü axşamı, 14-də havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb enməsi gözlənilir. Bu təsir effektini qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb enmə nəticəsində yarana biləcək hisslə müqayisə edə bilərik. Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara daha diqqətli olmaları tövsiyə olunur. Rusiya ərazisindən cənuba doğru soyuq hava kütlələlərinin daxil olması ilə yanvarın 13-dən etibarən havanın temperaturu kəskin enəcək”.

Gülşad Məmmədova : -Günün ikinci yarsından sonra külək şiddətlənəcək •  Faktinfo.az

Gülşad Məmmədova

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirdi ki, yanvar ayında havanın kəskin dəyişməsi normal haldır: “Paytaxtda şimal-qərb küləyinin güclənməsi gözlənilir. Yanvarın 13-ü axşamdan 14-ü gündüzədək güclü külək müşahidə olunacaq. Bu gün axşam yağış yağacaq, 14-ü isə artıq yağış sulu qara və qara keçəcək. Havanın temperaturu 10-12 dərəcə aşağı enəcək. Bu proses 14-ü axşamadək davam edəcək. Prosesin səhər saatlarından Naxçıvan Muxtar Respublikasından başlanacağı gözlənilir. Gündüz Şərqi Zəngəzur, Qarabağ, Balakən, Şəki zonalarında bəzi ərazilərə qar yağacaq. Axşama doğru yağıntılar Mərkəzi Aran rayonlarında müşahidə olunacaq-sulu qar, qar yağacaq. Bəzi rayonlarda yağıntıların intensiv və güclü olacağı istisna olunmur. Güclü qərb küləyi əsəcək. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur. Əlverişsiz hava şəraiti yanvarın 15-dək davam edəcək. Bu, ilkin məlumatdır”. /musavat.com/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir