Sabirabadda Kür çayında batan şəxsin kimliyi məlum olub.
Sabirabad rayonunun Ulacalı kəndi ərazisində kafedə yeyib-içən Hacıqabul rayonu Qarasu sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlu Kür çayına yıxılıb.
Hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, Kürdə batan şəxs beş uşaq atasıdır. /DEFAKTO.az
***
Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.