Şəhid Ayaz Nəzərli ilə vida mərasimi keçirilir – Video | DEFAKTO.AZ Şəhid Ayaz Nəzərli ilə vida mərasimi keçirilir – Video – DEFAKTO.AZ

Şəhid Ayaz Nəzərli ilə vida mərasimi keçirilir – Video

48

Dünən Kəlbəcərdə erməni təxribatı nəticəsində şəhid olan Ayaz Nəzərli ilə vida mərasimi keçirilir.

Defakto.az xəbər verir ki, hazırda bir qrup sakin rayonun girişində toplaşaraq Şəmkir istiqamətindən gətirilən cənazəni qarşılayır.

Eyni zamanda, A.Nəzərlinin Bozalqanlı kəndində yerləşən evinin önünə də insanlar yığışıb. Yaxın dəqiqələrdə şəhidlə vida mərasimi keçiriləcək və daha sonra o, kənd qəbiristanlığında dəfn ediləcək.

Şəhidin cənazəsi artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, şəhid Ayaz Nəzərli nişanlı imiş.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir