Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir etməsi ilə bağlı videodan sonra həmin şəxsin 1985-ci il təvəllüdlü Samid Bağırov olduğu müəyyən edilib.
Defakto.az Bakupost.az-a istinadən xəbər verir ki, həmin sürücü, 37 yaşlı S. Bağırov uzun müddət “Akkord” Şirkətlər Qrupunun xəzinadarı olub. O, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı” kimi tanınıb.
Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.
Xatırladaq ki, S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib.