Ermənistan itkilərinin sayını açıqlayır | DEFAKTO.AZ Ermənistan itkilərinin sayını açıqlayır – DEFAKTO.AZ

Ermənistan itkilərinin sayını açıqlayır

57

Ermənistan silahlı qüvvələri yanvarın 11-i günorta saatlarında heç bir səbəb olmadan Kəlbəcər istiqamətində təxribat törədib. Düşmənin Azərbaycan ordusunun postuna hücumu nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.  Amma ordumuzun qətiyyətli tədbirləri nəticəsində erməni tərəfinin bu hərbi avantürası tam iflasa uğrayıb və şəhidimizin qanı yerdə qalmayıb.

Defakto.az-ın xəbərinə görə, artıq Ermənistan Müdafiə Nazirliyi də dünən törətdikləri təxribat nəticəsində ölən hərbçilərinin sayını açıqlayıb.

Qeyd olunur ki, erməni tərəfi 3 itki verib, daha 5 əsgər isə yaralanıb.

Hərbi mənbələrdən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilirdi ki, ordumuz cavab tədbirləri ilə düşmənin iki postunu darmadağın edib, oradakı silah-sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv edilib. İlkin məlumatlara görə, 5-8 arası erməni hərbçilər məhv edilib, çoxlu sayda yaralı var. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir