Prezidentin fəxri ad verdiyi şəxs merin müşaviri imiş | DEFAKTO.AZ Prezidentin fəxri ad verdiyi şəxs merin müşaviri imiş – DEFAKTO.AZ

Prezidentin fəxri ad verdiyi şəxs merin müşaviri imiş

369

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən ay 17 dekabr 2021-ci il tarixində bir neçə memarla bərabər Məmmədov Kamil Müzəffər oğluna da “Əməkdar memar” fəxri adı verib.

Defakto.az qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Kamil Məmmədovu özünə müşavir təyin edibmiş.

Qeyd edək ki, Kamil Məmmədov 2006-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətində Memarlıq və şəhərsalma idarəsində baş rəssam, baş memarın müavini, Memarlıq və tikintiyə Dövlət nəzarəti müfəttişliyinin rəisi vəzifəsində işləyib. 2011-2016-cı illərdə Sumqayıt şəhər İcra Hakimiyyətində Memarlıq və Şəhərsalma idarəsinin rəis müavini, daha sonra Bakı şəhəri Səbail rayonunun baş memarı olub. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Azərbaycan Memarlar İttifaqının Yerli İdarəetmə orqanlarının memarlıq xidmətləri üzrə komissiyanın sədri olan Məmmədov Kamil Müzəffər oğlu 1955-ci ildə Salyan şəhərində anadan olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir