Bakı-Tbilisi qatarının hərəkəti bərpa oluna bilər | DEFAKTO.AZ Bakı-Tbilisi qatarının hərəkəti bərpa oluna bilər – DEFAKTO.AZ

Bakı-Tbilisi qatarının hərəkəti bərpa oluna bilər

7

Gürcüstan Azərbaycanla dəmir yolu vasitəsilə sərnişin daşımalarının bərpası istiqamətində danışıqları davam etdirir.

Defakto.az “report”a istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru David Peradze “Forbes” jurnalına müsahibəsində bildirib.

O deyib ki, Bakı və Tbilisi arasında qatar reyslərinin bərpasının dəqiq vaxtı daha sonra açıqlanacaq.

Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. 2021-ci ildə Gürcüstan dəmir yolu ilə sərnişin daşımalarını yalnız Ermənistan istiqamətində bərpa edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir