Limon çox faydalı məhsuldur. Onun tərkibində xeyli miqdarda C vitamini, pektin, orqanik turşular, tiamin və insan orqanizmi üçün lazımlı başqa maddələr var. Faydalı maddələrin geniş spektri limonu qidalanmanın əvəzolunmaz və qiymətli məhsulu edir.
Limon suyu da elə limon qədər faydalıdır.
Limonun faydalarını təqdim edirik:
1. Həzmə yardım edir: Limon suyu həzm sistemini toksinlərdən təmizləyir, mədədəki yanma və köp kimi narahatlıqlara da təsir edir.
2. Arıqlamağa yardım edir: İlıq limonlu suyu müntəzəm içdikdə mədənin turşuluq nisbəti tənzimlənir. Mədəsində turşuluq olan insanlar davamlı olaraq bir şey yeməyə çalışır. Bu da qısa zamanda acımağa və kökəlməyə səbəb olur. Limonun tərkibində olan pektin maddəsi aclığı gecikdirir.
3. İmmuniteti gücləndirir: Sterss immunitet sistemini zəiflədir buna görə də immuniteti gücləndirən C vitaminli qidalardan istifadə etmək stressli zamanlarda istehlak etdiyimiz qidalar arasında ilk yerdə gəlməlidir. Limon da mükəmməl C vitmaini qaynağıdır.
4. Təravətli nəfəs üçün: Diş əti iltihablarına və diş ağrılarına yaxşı təsir etdiyi kimi nəfəsinizin pis qoxumasına da əngəl olur. Amma diş minasına zərər vermək istəmirsinizsə limonu yeməyin. Limonlu su içəndən sonra dişlərinizi fırçalasınız daha faydalı olduğunu görərsiniz.
5. Turşuluğu tarazlayır: Limon qələvi tərkibli qidlardan biridir və tərkibində olan turşu həzm olunduqda turşuluğu artırmaz. Hər gün limonlu su içsəniz bədəninizin turşuluq nisbəti zamanla düşər. Eyni zamanda iltihabın səbəblərindən olan oynaqlarda yığılan turşu limonla yox olar.
6. Daha enerjili hiss elətdirir: limon qoxusu sinir sisteminə sakitləşdirici təsir göstərir. Sinir sistemində sakitlik, depressiya və narahatlığa müsbət təsir edən meyvə özünüzü daha enerjili hiss etməyinizə kömək olur. Limon həzm sisteminə daxil olduqda bədəninizə enerji verir.
7. Virus infeksiyaları ilə mübarizə aparır: İlıq limon boğaz ağrısı, soyuqdəymə kimi simptomların azalmasında olduqca təsirli gücə malikdir.
8. Dəriyə faydalı: Limon suyu antioksidant xüsusiyyəti sayəsində cilddəki ləkələri azaldır. Hətta cilddəki qırışıqlıqların da azalmasına yardım edir. Limon suyunu müntəzəm olaraq çətin keçən yara izlərinə və cildinizə vurduqda da fərqi hiss edəcəksiz.
9. Kalsium qaynağı: Əgər banan xoşlamırsızsa, limon suyundan maksimum istifadə etməyə çalışın. Çünki kalsium ürək, sinir və beyin funksiyaları üçün təsirlidir.
10. Kofein ehtiyacınızı azaldır: Səhər saatlarında bir fincan qəhvə əvəzinə ilıq limonlu su içsəniz kofeinə olan asılılığınız azalacaq.