Vilayət Eyvazov polkovniki Bakıda DYP rəisi təyin etdi | DEFAKTO.AZ Vilayət Eyvazov polkovniki Bakıda DYP rəisi təyin etdi – DEFAKTO.AZ

Vilayət Eyvazov polkovniki Bakıda DYP rəisi təyin etdi

105

Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi baş tutub.

Defakto.az manset.az-a istinadən bildirir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Rafiq Məmmədov Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov bir neçə gün bundan əvvəl vəzifəsindən azad olunaraq Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin (“MERO”) rəisi təyin edilib.

Qeyd edək ki, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin Rafiq Məmmədov uzun illərdir polis orqanlarında çalışır, o Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, Suraxanı və Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifələrində çalışıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir