AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir.
Qurumdan verilən məlumata görə, bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.
Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.