BMT ballistik raketin buraxılışı fonunda Koreya Xalq Demokratik Respublikasını (KXDR) yarımadanın nüvəsizləşdirilməsi üzrə danışıqları bərpa etməyə çağırıb.
Defakto.az TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“BMT-nin Baş katibi raket buraxılışından xəbərdardır və hesab edir ki, diplomatik əlaqə və danışıqlar Koreya yarımadasının tam və yoxlanıla bilən nüvəsizləşdirilməsinə nail olmaq üçün yeganə yol olaraq qalır”, – Düjarrik qeyd edib.
Xatırladaq ki, KXDR bu gün yerüstü qurğudan ballistik raket atışı həyata keçirib. Raket Yapon dənizinə düşüb.