“Azəriqaz”dan əhaliyə MÜRACİƏT: Limitin sıfırlanması üçün… – VİDEO | DEFAKTO.AZ “Azəriqaz”dan əhaliyə MÜRACİƏT: Limitin sıfırlanması üçün… – VİDEO – DEFAKTO.AZ

“Azəriqaz”dan əhaliyə MÜRACİƏT: Limitin sıfırlanması üçün… – VİDEO

140

Əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi vətəndaşlar limitin sıfırlanması üçün mexaniki qaz sayğaclarının əvəzinə smart tipli sayğacların fotosunu çəkib qeyd olunan nömrəyə göndərirlər. Bu da sonradan anlaşılmazlığa səbəb olur.

Defakto.az xəbər verir ki, “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ”Xəzər Xəbər”ə bildirib ki, limitilə bağlı göndərilən fotoların təxminən 10 faizdən çoxu smart tipli sayğaclarla bağlıdır.

Eldəniz Vəliyevin sözlərinə görə, bu vaxta qədər 100 mindən çox abonent sayğaclarının fotosunu çəkərək qurumun vatsap nömrəsinə göndərib. Ümumilikdə isə həm “Azəriqaz”ın əməkdaşlarının baxışı, həm də vətəndaşların göndərdikləri fotolar nəticəsində 65 faizən çox sayğacda limitin sıfırlanması prosesi həyata keçirilib.

”Azəriqaz” İstehsalat Birliyi abonentlərə növbəti dəfə müraciət edir ki, bundan sonra da mexaniki sayğaclardan istifadə edən vətəndaşlar limitin sıfırlanması üçün sayğacın fotosunu çəkərək 077-3-104-104 vatsap nömərsinə göndərsinlər.

Qeyd edək ki, sayğacın fotosunu hansı formada çəkməklə bağlı problem yaşayan vətəndaşlar, “Azəriqaz”ın yutub səhifəsinə yerləşdirilən video ilə də tanış ola bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir