İTV tənqid edildi – “Siz kimsiniz ki?!” | DEFAKTO.AZ İTV tənqid edildi – “Siz kimsiniz ki?!” – DEFAKTO.AZ

İTV tənqid edildi – “Siz kimsiniz ki?!”

271

“İTV-nin Yayım Şurasının seçilən üzvləri kölgədə qalır. İsmayıl Ömərovun vaxtında televiziya daha uğurlu funksional işini görürdü. Sonra isə bərbad günə düşdü. Əgər İTV funksiyasını yerinə yetirməyi bacarsaydı, “Media haqqında” qanun da bu qədər müzakirəyə səbəb olmazdı…”

Defakto.az bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

“Onun əvəzinə bunlar millət vəkillərinin ələ salmaqla, kollajlarını düzəltməklə məşğuldurlar. Bununla reytinqi qazanmaq istəyirlər. Təbii ki, deputatı da tənqid etmək olar. Yayım Şurasının üzvləri hansısa diktatorluğun yaranmasına icazə verməməlidir. Təbii ki, yaxşı verilişləri də var. Amma bunlar jurnalistlərin istedadı hesabına başa gələn verilişlərdir. Büdcədən bu qədər vəsait alırsınız. Cəmiyyətin işinə yararlı olmalısınız. Ona görə məsuliyyət artırılmalıdır. Necə olur ki, parlamentlə bağlı müzakirə verməyi bu televiziya özünə sığışdırmır. Siz kimsiz ki?! Ümid edirəm tənqidlərdən nəticə çıxaracaqsınız” – F.Mustafa qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir