“Bu gün Azərbaycan xalqı daha güclü və qüdrətlidir” – Naqif Həmzəyev | DEFAKTO.AZ “Bu gün Azərbaycan xalqı daha güclü və qüdrətlidir” – Naqif Həmzəyev – DEFAKTO.AZ

“Bu gün Azərbaycan xalqı daha güclü və qüdrətlidir” – Naqif Həmzəyev

349

“Azərbaycan xalqı elə xoşbəxt xalqlardandır ki, dahi şəxsiyyət Heydər Əliyev kimi bir siyasət nəhəngini yetirməklə milli ənənələr üzərində qurduğu dövlətçiliyini tarixin ən sərt sınaqlarından çıxararaq müstəqilliyini təmin edib, xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti həyata keçirib. Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olub, dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayıb”.

Defakto.az pravda.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Naqif Həmzəyev deyib.

Parlament üzvü bildirib ki, Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün Prezident İlham Əliyevin inamla davam etdirir: “Xalqımızın milli həmrəyliyinin daha da güclənməsinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə idi. Mən xüsusilə qeyd etməliyəm ki, Ölkə Prezidenti İlham Əliyevin ad günlərini xalqın arasında keçirməsi artıq ənənə halını alıb. 50 illik yubileyini məcburi köçkünlərlə birlikdəAğcabədidə qeyd edən dövlət başçımız 60 illiyini Qarabağda – Şuşada keçirdi”.

Bildirib ki, adətən ad gününü sosial obyektlərin açılışında, məcburi köçkünlərlə, şəhid ailələri ilə onlar üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində qeyd edən Prezident İlham Əliyevin bu il doğum gününü Cıdır düzündə, Hadrutda qeyd etməsi düşmənə daha bir gözdağı oldu.

“Dövlət başçısı İlham Əliyevin Azərbaycan cəmiyyətindəki etimadının daha da yüksəlməsi, dövlət başçısının yürütdüyü siyasətin xalqımız tərəfindən yekdilliklə və coşqu ilə dəstəklənməsi milli həmrəyliyimizin ifadəsi kimi tarixə yazıldı. Torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Məhz bunun üçün müstəqil Azərbaycan xalqının əlamətdar bayramlarından olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazandığı böyük qələbədən sonra hər zaman olduğundan daha həmrəy, daha güclü və daha qüdrətlidir. Mən bir daha bu fürsətdən istifadə edərək bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir və xalqımıza sülh, əmin-amanlıq və daimi rifah arzu edirəm”, – deyərək çıxışını tamamlayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir