Dekabrın 29-da Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib.
Defakto.az xəbər verir ki, Prezident İlham Əliyev hər iki yaşayış kompleksdəki mənzillərlə tanış olub.
***
Başa çatmaqda olan 2021-ci ilin son iş günlərindəyik. Amma bu o demək deyil ki, dövlət tədbirlərinin keçirilməsində hər hansı ixtisar var. Onu da nəzərə almaq lazımdır ki, təkcə dekabr ayında Prezidentin gündəlik fəaliyyət xronikasında 12 rəsmi qəbul, Quba, Hadrut və Şuşa olmaqla 2 region səfəri, Belçika və Rusiyaya xarici səfərlər daxildir. Hava və avtomobil yolları ilə qət edilən ümumi məsafə isə 15 min kilometrdən artıqdır.