İlham Əliyev Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişi təsdiqlədi | DEFAKTO.AZ İlham Əliyev Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişi təsdiqlədi – DEFAKTO.AZ

İlham Əliyev Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişi təsdiqlədi

309

Azərbaycan və Slovakiya hökumətləri arasında iqtisadi əməkdaşlıq haqqında saziş təsdiq edilib.

Defakto.az xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, 2021-ci il oktyabrın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq olunub.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Slovakiya Hökumətinə bildiriş göndərməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir