Azərbaycanda vətəndaşlar hər 6 aydan bir vaksin vurdurmalı olacaq? – RƏSMİ AÇIQLAMA | DEFAKTO.AZ Azərbaycanda vətəndaşlar hər 6 aydan bir vaksin vurdurmalı olacaq? – RƏSMİ AÇIQLAMA – DEFAKTO.AZ

Azərbaycanda vətəndaşlar hər 6 aydan bir vaksin vurdurmalı olacaq? – RƏSMİ AÇIQLAMA

394

Bu günə qədər olan açıqlamalarda qeyd edilirdi ki, üçüncü doza vaksin tətbiq olunandan sonra sertifikatın müddəti müddətsiz olacaq. 6 aydan sonra yenidən vaksin olunmaq kimi tələb yox idi. Lakin son açıqlamalar bunun belə olmadığını göstərir.

Defakto.az xəbər verir ki, bu məsələ ilə bağlı “ARB24″də yayımlanan “Nə baş verir?” verilişində Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidova sual ünvanlanıb.

Səhiyyə Nazirliyi məsələyə belə aydınlıq gətirib: “Hazırda 6 aydan bir demək düzgün olmazdı. Ola bilsin ki, bu müddət gələn il 8 və ya 9 aydan bir olsun.

Amma hazırda Operativ Qərargahdan səslənən məqam mətbuatda dərc olunacaq. İndiyə məlum olan budur ki, fevralın 15-də bütün vaksin sertifikatlarının müddəti əvvəlki dozadan 6 ay keçibsə, artıq etibarsız sayılacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir