2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən məktəblərdə əmək müqaviləsinə xitam verilən direktorlarının sayı açıqlanıb.Təhsil Nazirliyindən DEFAKTO.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 26 direktor işdən çıxarılıb.
“Bu təqvim ili üzrə 26 direktor əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilib”, – deyə qurumdan verilən məlumatda qeyd edilib.