Xocavənddən avtomobillə dəmir aparmaq istəyən şəxs saxlanılıb.
Defakto.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Xocavənd rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda “Mercedes” markalı yük avtomobilinə “saxla” işarəsi verilib.
Yoxlama aparılarkən sürücü Qazax rayon sakini Məzahir Abdullayevin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazəsinin olmadığı müəyyən edilib.
Nəqliyyat vasitəsinə baxış keçirilən zaman isə çəkisi 2 tona yaxın dəmir qalıqları aşkarlanıb.
Hazırda faktla bağlı Xocavənd rayon polis şöbəsində araşdırmalar davam etdirilir.