Prezident İlham Əliyevin tələbə bileti bu universitetdə qorunur | DEFAKTO.AZ Prezident İlham Əliyevin tələbə bileti bu universitetdə qorunur – DEFAKTO.AZ

Prezident İlham Əliyevin tələbə bileti bu universitetdə qorunur

425

“Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu mənim bioqrafiyamda çox mühüm yer tutur. Mən onun divarları arasında oxudum, işlədim və bilik əldə etdim, ən əsası isə sadiq, vəfalı dostlar qazandım. Bunlar mənim həyatımın ən gözəl illəri, tələbəlik və gənclik illəri idi”.

Defakto.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil aldığı universitetlə bağlı danışarkən deyib.

Həyat dövlət başçımızın üzərinə sonralar daha məsuliyyətli işlərə imza atmaq vəzifəsi qoysa da, elə bu işlərin təməli indiki Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetindən başlayır. Vaxtilə onunla çiyin-çiyinə çalışanlar, onun biliklərindən yararlananlar bu gün dövlət başçımızla olan ünsiyyətlərini qürurla xatırlayırlar.

İTV-nin xüsusi müxbiri Azərbaycan prezidentinin 60 illik yubileyi ərəfəsində onun təhsil aldığı ali məktəbdə olub. Azərbaycan Prezidentinin tələbəlik biletinin qorunduğu bu universitetdən hazırlanan reportajı təqdim edirik:




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir