Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının maaşları artırılıb | DEFAKTO.AZ Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının maaşları artırılıb – DEFAKTO.AZ

Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının maaşları artırılıb

364

Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.

Defakto.az xəbər verir ki, fərmanla Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Xarici Kəşfiyyat Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fərmanda nəzərdə tutulan əlavə Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Xarici Kəşfiyyat Xidməti tərəfindən ödəniləcək.

Xarici Kəşfiyyat Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir