Nazir rəis müavinini təqaüdə göndərdi | DEFAKTO.AZ Nazir rəis müavinini təqaüdə göndərdi – DEFAKTO.AZ

Nazir rəis müavinini təqaüdə göndərdi

149

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov polkovniki təqaüdə göndərib.

Defakto.az xəbər verir ki, nazirin müvafiq əmri ilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin maddi-texniki təminat üzrə müavini, polkovnik Rəhimov Arzu Hüseyn oğlu bir müddət əvvəl vəzifəsindən azad olunub. Arzu Rəhimov öz istəyi ilə təqaüdə göndərilib.

Qeyd edək ki, Arzu Rəhimov 30.09.1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Pedoqoji İnstitutunu bitirib. Ailəlidir. 2 övladı var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir