“Bacım qızının başına daş düşsün” – Abid Şərifovdan işdən çıxarılan direktor qohumu haqda SƏRT AÇIQLAMA | DEFAKTO.AZ “Bacım qızının başına daş düşsün” – Abid Şərifovdan işdən çıxarılan direktor qohumu haqda SƏRT AÇIQLAMA – DEFAKTO.AZ

“Bacım qızının başına daş düşsün” – Abid Şərifovdan işdən çıxarılan direktor qohumu haqda SƏRT AÇIQLAMA

124

Bir neçə gün bundan əvvəl rəhbərlik etdiyi məktəb müəllimlərinə səs ataraq rüşvət yığması ilə bağlı səs yazısı yayılan məktəb direktoru Ceyran Kuliyevanın baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızı olması haqda xəbər vermişdik.

Defakto.az manset.az saytına istinadən xəbər verir ki, Baş nazirin keçmiş müavini Abid Şərifovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında belə halları pisləyib.

“Belə hallar təbii ki, pisdir. Heç kəs rüşvət almamalıdır, təmiz işləməlidir. Mənim bacım qızının başına daş düşsün, səhv edib, işdən çıxarıblar. Kim səhv edirsə, işdə nöqsanlara yol verirsə, onu vəzifəsindən azad etmək lazımdır.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir