12 imamla bağlı klipə görə məktəb rəhbəri cəzalandırılıb | DEFAKTO.AZ 12 imamla bağlı klipə görə məktəb rəhbəri cəzalandırılıb – DEFAKTO.AZ

12 imamla bağlı klipə görə məktəb rəhbəri cəzalandırılıb

425

Təhsil naziri Emin Əmrullayev məktəbdə dini klipin çəkilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Defakto.az xəbər verir ki, nazir bu gün keçirdiyi brifinqdə bu barədə məlumatlı olduğunu, məsələnin araşdırıldığını  qeyd edib:

“Məktəb mövzulardan asılı olmayaraq klip çəkilişi üçün yer olmamalıdır. Kimsə məktəbdə maarifləndirmə ilə bağlı serial çəkirsə belə, nazirlikdən icazə alınmalıdır. Biz araşdırmışıq ki, həmin dini klip iş günü olmayan gündə çəkilib. Bizdən icazə alınmayıb. Valideynlər də bu prosesdə iştirak ediblər. Artıq məktəb rəhbəri müvafiq qaydada cəzalandırılıb”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir