Əlif Hacıyevin polis rəisi olmuş qardaşı həbs edildi – Şərikinin maşınını atəşə tutub | DEFAKTO.AZ Əlif Hacıyevin polis rəisi olmuş qardaşı həbs edildi – Şərikinin maşınını atəşə tutub – DEFAKTO.AZ

Əlif Hacıyevin polis rəisi olmuş qardaşı həbs edildi – Şərikinin maşınını atəşə tutub

65

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin qardaşı həbs edilib.

Defakto.az qafqazinfo.az saytına istinadən xəbər verir ki, Neftçala və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olan Rza Hacıyev dekabrın 16-sı gecə 12 radələrində paytaxtda cinayət törədib.

Rza Hacıyev bir zamanlar rəhbərlik etdiyi Sabunçu rayonunun Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan şəxsin “Lexus” markalı maşınına avtomatdan 18 dəfə atəş açıb.

Artıq Rza Hacıyev saxlanılıb və onun üzərindən cinayəti törətdiyi “AKM” markalı avtomat götürülüb. İstintaq davam etdirilir.

***

Daxili İşlər Nazirliyi insidentlə bağlı açıqlama yayıb.

Bildirilir ki, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyevin münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk etməsi barədə məlumat daxil olub. 

Xəsarət alan olmayıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev saxlanılıb. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Araşdırma aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir