Təhsil Nazirliyi: “Ali təhsilli müəllimlərin maaşı 823 manatadək artacaq” | DEFAKTO.AZ Təhsil Nazirliyi: “Ali təhsilli müəllimlərin maaşı 823 manatadək artacaq” – DEFAKTO.AZ

Təhsil Nazirliyi: “Ali təhsilli müəllimlərin maaşı 823 manatadək artacaq”

69

“Təhsil sistemimizdə 255 minə yaxın işçi çalışır. Onların heç də hamısı təhsilverən deyil”.

Defakto.az“report”a istinadən xəbər verir ki, bu fikirləri təhsil nazirinin müavini İdris İsayev deyib.

“Onların bəziləri müəllimlər, bəziləri idarəedici, bəziləri isə texniki heyətdir. Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət ümumtəhsil müəssisələrində çalışan şəxslərin – müəllimlərin, direktorun, direktor müavinlərinin vəzifə maaşları yanvarın 1-dən 20 faiz artırılır.

Gənclərin çağırışaqədər hazırlıq rəhbərlərinin vəzifə maaşlarında isə artım 40 faiz təşkil edəcək. Dövlət ümumtəhsil müəssisələrində təxminən 150 min müəllim çalışır.

Onların 82 faizi ali təhsillidir. Onların aylıq vəzifə maaşları orta hesabla 564 manatdır. Artımdan sonra onların maaşları təqribən 674 manat olacaq.

Bu, bir stavka 18 dərs yükü üçün nəzərdə tutulmuş əməkhaqqıdır. Amma xüsusilə Bakıda faktiki olaraq müəllimlər 18 saatdan çox dərs yükü tədris edirlər.

Bakıda bu göstərici orta hesabla 22 saatdır. Beləliklə, ali təhsilli müəllimlərin maaşı təxminən 823 manat təşkil edəcək”, – o bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir