Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
Defakto.az xəbər verir ki, MOK-un onlayn formatda VIII Hesabat-Seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra MOK-da digər vəzifələrin sahibləri bilinib.
İclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftahətdinova MOK-un vitse-prezidentləri seçilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev bu gün növbəti dəfə MOK-un prezidenti seçilib.