Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi seçildi | DEFAKTO.AZ Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi seçildi – DEFAKTO.AZ

Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi seçildi

464

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

Defakto.az xəbər verir ki, MOK-un onlayn formatda VIII Hesabat-Seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra MOK-da digər vəzifələrin sahibləri bilinib.

İclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftahətdinova MOK-un vitse-prezidentləri seçilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev bu gün növbəti dəfə MOK-un prezidenti seçilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir