Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mülk sahiblərinə müraciət edib.
Defakto.az report-a istinadən məlumatına görə, nazir bildirib ki, mülk sahibləri, sahibkarlar mülklərini sığortalamalıdırlar.
“Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği də o qədər yüksək deyil. Dünya praktikası var. Buna hər bir vətəndaş əməl etsə, heç bir problemimiz olmayacaq”, – o vurğulayıb.