Gürcüstan uçuşlara qoyulan qadağanın müddətini uzatdı | DEFAKTO.AZ Gürcüstan uçuşlara qoyulan qadağanın müddətini uzatdı – DEFAKTO.AZ

Gürcüstan uçuşlara qoyulan qadağanın müddətini uzatdı

1754

Gürcüstan müntəzəm uçuşlara qoyulan məhdudiyyətin vaxtını iyulun 31-dək uzadıb.

Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, COVİD-19 pandemiyası səbəbi ilə müntəzəm uçuşlara qoyulan məhdudiyyət iyulun 31-dək davam etdiriləcək, uçuşların bərpa edilməsi qərarı dünyada epidemioloji vəziyyət nəzərə alınaraq qəbul ediləcək.

“Vətəndaşları müntəzəm hava nəqliyyatı bərpa olunana qədər hər hansı istiqamətdə bilet almaqdan çəkinməyə çağırırıq”, – deyə bəyanatda bildirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir