Azərbaycan əsgəri həlak olub.
Defakto.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir:
Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçumuz əsgər Həsənov Nurlan Eldar oğlunun dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olması faktını təsdiq edirik.
Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.