Naxçıvan DTX Zakir İsmayılovla bağlı məlumat yayıb | DEFAKTO.AZ Naxçıvan DTX Zakir İsmayılovla bağlı məlumat yayıb – DEFAKTO.AZ

Naxçıvan DTX Zakir İsmayılovla bağlı məlumat yayıb

86

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Defakto.az xəbər verir ki, məlumatda deyilir:

“Son vaxtlar təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Zakir İsmayılovun vəfatı ilə bağlı yayılmış məlumatlarda o, Naxçıvan Muxtar Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi kimi təqdim olunur.

Bildirilir ki, 5 sentyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuş İsmayılov Zakir Əlibala oğlu 1985-ci ildən Azərbaycan SSR-in Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul edilmiş, 11 oktyabr 1996-cı il tarixdə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyindən Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə ezam edilmiş, 20 sentyabr 2003-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişdir. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin razılığı və Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun (haliyədə həbsdə olan) təqdimatı əsasında xidməti davam etdirmək üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə ezam olunub.

Zakir İsmayılov 2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi kimi təqaüdə çıxmış və 2018-ci ildə həbs olunub”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir