Bəxti gətirən “Bəxtsizlər” – Depardyeni əqrəb sancıb, Rişarın isə sevgidə bəxti gətirib… | DEFAKTO.AZ Bəxti gətirən “Bəxtsizlər” – Depardyeni əqrəb sancıb, Rişarın isə sevgidə bəxti gətirib… – DEFAKTO.AZ

Bəxti gətirən “Bəxtsizlər” – Depardyeni əqrəb sancıb, Rişarın isə sevgidə bəxti gətirib…

262

Rejissorluğa yeni başlayan Frensis Veber bir dəfə mağazada çox yaxşı geyinmiş bir oğlan uşağına bahalı geyimli və görünür, yoxsulluqdan uzaq valideynlərinin oyuncaq seçdiyini gördü. Oyuncaqla birlikdə onlar şıltaq uşaq üçün hətta satıcı köməkçisi də almağa hazır idilər. Məhz həmin anda Veberin beynində gələcək “Oyuncaq” filminin süjeti yarandı. 1976-cı ilin dekabrında onun debüt filmi artıq işıq üzü gördü və bu, Frensis Veberlə Pyer Rişarın uzun və səmərəli işinin başlanğıcı oldu. “Oyuncaq” filmi Fransada tez bir zamanda hitə çevrildi. Uğurlarından ruhlanan rejissor yeni bir komediya çəkməyə qərar verdi: “Bəxtsizlər”.

“Oyuncaq” filmindən kadr

Qəhrəmanı özünə bənzədib

Moderator.az xatırladır ki, süjetə görə, varlı bir adamın qızı Mari çox bəxtsiz idi. Qız Meksikaya tətilə gedir və orada yerli quldurlar tərəfindən qaçırılır. Özünə yer tapmayan ata onu axtarmaq üçün şəxsi detektiv tutur. Eyni zamanda qızın atası detektivə digər bir bəxtsizi – mühasib Perreni qoşur. O, inanırdı ki, bəxtsiz Perrenin keçəcəyi uğursuz yol qızın axtarışında detektivə Marini tapmaqda kömək edəcək. Təəccüblü olsa da, bədbəxt ata haqlı idi. Perrenin bəxtsizliyi ucbatından düşdükləri vəziyyət detektivi Marinin yanına gətirib çıxardı.

Veberin bir çox tanışı onun bəxtsiz qəhrəman obrazını özündən götürdüyünə əmin idi. Veber özü də sonradan müsahibəsində etiraf etmişdi ki, filmin qəhrəmanı kimi o da həmişə biçimsiz və yöndəmsizliyi ilə seçilib.

İzləyicini cəlb etmək baxımından film üçün yeni bir şey fikirləşmək lazım idi. Rejissor əvvəlcə əsas rollara o dövrdə Fransada çox məşhur aktyorlar olan Jak Vilyer və Lino Venturanı dəvət etməyi düşünürdü. Amma rejissor ulduzlarla qonorarın məbləğində razılığa gələ bilmədi. Sonra Veber köhnə tanışı Pyer Rişara müraciət etmək qərarına gəldi. Jerar Depardyeni onun tərəfmüqabil seçməklə düzgün qərar verdi. Bu duetə sonralar Fransa kino bazarında tələbat çoxaldı, “Bəxtsizlər” filmindən sonra aktyorlar “Atalar” və “Qaçaqlar” filmlərində birlikdə rol aldılar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir