10 dekabr tarixində Moskvada “Altılıq formatı”nın (“3+3”) ilk iclası keçiriləcək.
Defakto.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumatı yayıb.
“2021-ci il dekabrın 10-da Moskvada Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək.
“Azərbaycan, Ermənistan, Rusiya Federasiyası və İranın xarici işlər nazirinin müavini səviyyəsində iştirak edəcəyi iclasda ölkəmizi xarici işlər nazirinin müavini, səfir Sədat Önalın sədrliyi altındakı heyət təmsil edəcək”, – deyə nazirlik bildirib.