Dünya ulduzlarından sonra bunu Lətifə Soyuöz etdi | DEFAKTO.AZ Dünya ulduzlarından sonra bunu Lətifə Soyuöz etdi – DEFAKTO.AZ

Dünya ulduzlarından sonra bunu Lətifə Soyuöz etdi

71

Müğənni Lətifə Soyuöz də pandemiya ərəfəsində biznes qurub.

Defakto.az xəbər verir ki, sənətçi “By Lati” adlı brendini yaradıb. Soyuöz bildirib ki, dünya ulduzları Cennifer Lopez, Miranda Kerr, Beyons, Viktoriya Sekret, Rihanna kimi onun da bundan sonra öz brendi olacaq:

“Uzun müddətdir yaradıcılıqla bağlı fasilə vermişdim. Bilirsiniz ki, mən bir klip üçün hətta illərlə çalışa bilərəm. Bu dəfə isə şəxsi brendim üzərində çalışdım. Hər günümü bu işə sərf edirdim. Mənim üçün mükəmməllik əsas devizdir.

Bu markanın yaranma səbəbi qadınlardır. Qadınların özlərini gerçək bir kraliça kimi hiss etməsi üçün “By Lati”ni yaratdım. İki ildir bunun üçün dünyanın ən yaxşı kimyaçıları və işin peşəkarları ilə çalışıram. Saç və dəri baxım setimiz özəl məhsullardan ibarətdir. Bu, “premium” baxım dəstidir. Tərkibində ancaq mükafat almış, ən keyfiyyətli məhsullar yer alır. İlk özüm istifadə etmişəm. Özümə nəyi layiq görürəmsə, onu da xanımlara tövsiyyə edirəm. Mənim bu işim tək Azərbaycanda yox, bütün dünyada tanınacaq.

Bunu minlərlə qadın üzərində test etdik, hər biri öz məmnuniyyətini dilə gətirdi. “By Lati” ailəsi böyükdür. Biz də hər kəsi bu ailədə görmək niyyətindəyik”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir