Honqkonq Universitetinin əməkdaşları koronavirusun “Omicron” ştamının mikrofotosunu yayıblar.
Defakto.az “RİA Novosti”yə istinadən xəbər verir ki, foto elektron mikroskopun köməkliyi ilə çəkilib.
Fotoda “Omicron” ştamına yoluxan meymunun böyrək hüceyrəsi əks olunub.
Qeyd edək ki, ilk dəfə Afrika ölkələrində aşkar olunan “Omicron” ştamı artıq 57 ölkədə qeydə alınıb.