NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir | DEFAKTO.AZ NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir – DEFAKTO.AZ

NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir

49

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində N saylı hərbi hissədə Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının və NATO-nun Ramştayn Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupunun iştirakı ilə “Aviasiya əməliyyatları” mövzusunda təlim kursu başlayıb.

Defakto.az xəbər verir ki, kurs müddətində HHQ müvafiq bölmələrinin fəaliyyətlərinin ƏİK standartlarına uyğun təşkili, mühafizə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi və digər mövzularda brifinqlər təqdim olunur.

Kurs dekabrın 9-dək davam edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir