282 saylı məktəbdə əxlaqsızlıq edən şagirdlə bağlı RƏSMİ AÇIQLAMA | DEFAKTO.AZ 282 saylı məktəbdə əxlaqsızlıq edən şagirdlə bağlı RƏSMİ AÇIQLAMA – DEFAKTO.AZ

282 saylı məktəbdə əxlaqsızlıq edən şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

64

Bakı şəhər 282 saylı məktəbdə nizam-intizam qaydalarının kobud şəkildə pozaraq, qız uşaqlarını küçə söyüşləri ilə təhqir edən, müəllim və sinif yoldaşlarına xəsarətlər yetirən qalmaqallı şagirdin anası məktəbə hücum edib.

Defakto.az “DEFAKTO.az”a istinadən xəbər verir ki, həmin videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sözügedən məktəbdə üstündə bıçaq gətirərək hər kəsi hədələyən şagirdin anası məktəbdə müəllim kollektivinin üstünə hücum çəkərək onları təhqir edib.

Həmin görüntüləri təqdim edirik:

***11:02

Bakı şəhəri 282 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbin 7ç sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir.

Bu barədə məktəbdən məlumat verilib.

Bildirilib ki, şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir.

“O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir.

Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib.

Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir”, – deyə məlumatda qeyd edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hazırda məsələ ciddi şəkildə araşdırılır:

“Paytaxtdakı 282 nömrəli tam orta məktəbin şagirdi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edək ki, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır.

Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir