Azərbaycan yazıçısının hekayəsi İngiltərənin ədəbiyyat portalında | DEFAKTO.AZ Azərbaycan yazıçısının hekayəsi İngiltərənin ədəbiyyat portalında – DEFAKTO.AZ

Azərbaycan yazıçısının hekayəsi İngiltərənin ədəbiyyat portalında

287

İngiltərənin populyar ərəbdilli “Əl-Kəlimə” (“Söz”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının ərəb dilinə tərcümə olunmuş “Kəpənək” əsərinin yayınına başlayıb. Hekayə yazıçının yaradıcılığı haqqında məlumatla təqdim edilib.
Əsəri ərəb dilinə tanınmış tərcüməçi Əhməd Sami Elaydi çevirib.
Qeyd edək ki, “Əl-Kəlimə” portalı mütəmadi olaraq səhifələrində Nəcib Məhfuz, Təvfiq əl-Həkim, Abbas əl-Aqqad kimi dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir