Türkiyəli aparıcı Fulya Öztürkün səhhəti pisləşib.
Defakto.az xəbər verir ki, sağlamlığında problemlər yaranan aparıcı təcili olaraq xəstəxanaya yerləşdirilib.
Bu haqda Fulya sosial şəbəkə hesabında məlumat verib. O, xəstəxanadan görüntüsünü paylaşaraq şəfa diləyən və dəstək olan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Fulya Öztürk Türkiyənin “Fox TV” kanalında yayımlanan “Fulya ile umudun olsun” proqramının aparıcısıdır.