ABŞ Prezidenti Co Bayden Ukrayna kontekstində heç kimin qırmızı xətlərinə hörmət etmədiyini bildirib.
Jurnalistlər ondan Moskvanın qırmızı xətlər hesab etdiyi bəyanatlara, xüsusən də NATO infrastrukturunun Rusiya sərhədlərinə daha da yaxınlaşmasına və Ukrayna ərazisinə zərbə sistemlərinin, eləcə də hipersəs silahlarının yerləşdirilməsinə münasibət bildirməsini istəyiblər.
“Mən heç bir qırmızı xətt tanımıram”, – deyə ABŞ lideri vurğulayıb.
O əlavə edib ki, Rusiya lideri Vladimir Putinlə “uzun söhbətə” ümid edir.
“Rusiyanın hərəkətlərindən çoxdan xəbərdarıq. Putinlə uzun söhbətimizin olacağını gözləyirəm”, – deyə Bayden Rusiya-Ukrayna sərhədindəki vəziyyətə toxunub. O, Rusiya lideri ilə təmasların mümkün vaxtı və formatını açıqlamayıb.