3 Dekabr – Beynəlxalq Əlillər Günüdür | DEFAKTO.AZ 3 Dekabr – Beynəlxalq Əlillər Günüdür – DEFAKTO.AZ

3 Dekabr – Beynəlxalq Əlillər Günüdür

108

İsmayıllı rayonunda 7 min nəfərdən çox müxtəlif kateqoriyalı sağlamlıq imkanları məhdud olan sakin yaşayır. Prezident İlham Əliyevin Sərəncamları və qəbul etdiyi dövlət Proqramları əsasında yaradılan imkanlar əlillərin sosial həyatını zənginləşdirir, onları cəmiyyətə inteqrasiya edir, tam hüquqlu vətəndaşa çevirir. Dövlət tərəfindən müəyyən edilmiş imtiyazlar, qayğını və diqqəti əks etdirən yardımlar hər bir ünvana vaxtında çatdırılır. Eləcə də, İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən fiziki imkanları məhdud olan əlillər  ilə mütəmadi olaraq görüşülür, onların vacib kommunal və məişət ehtiyacları öyrənilir, problemləri dinlənilir və yerli imkanlar əsasında tədbirlər görülür.

Əlillərə qayğı məsələsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əməyi də böyükdür. Məhz bu fondun köməkliyi ilə əlillər üçün xüsusi mərkəz tikilib, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir. Həmçinin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, əlilliyi olan və olmayan uşaqların birgə fəaliyyətlərinin təmin olunması eyni zamanda, onların istedad və qabiliyyətlərini üzə çıxarmaq, inklüziv təhsilin inkişafına xidmət edən tədbirlər keçirilir.

44 günlük vətən müharibəsində vətən üçün  sağlamlığını itirmiş qazilərimizdə daim dövlətimizin diqqət və qayğısındadır. Onlara ən müasir evlər tikilib təqdim olunur, avtomobillə təmin olunurlar. Qeyd edək ki, dövlət tərəfindən həyata keçirilən sosial layihələr bundan sonra da davam edəcək, fiziki imkanları məhdud olan bütün vətəndaşlar dövlət tərəfindən verilən imtiyazlardan hər zaman istifadə edə biləcəklər.

Bildiririk ki, Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir