Şənbə gününün hava proqnozu açıqlanıb | DEFAKTO.AZ Şənbə gününün hava proqnozu açıqlanıb – DEFAKTO.AZ

Şənbə gününün hava proqnozu açıqlanıb

18

Bakıda və Abşeron yarımadasında dekabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Defakto.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2-7° isti olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir