Elnarə Xəlilovanın mayor əri jurnalistlərə hücum etdi | DEFAKTO.AZ Elnarə Xəlilovanın mayor əri jurnalistlərə hücum etdi – DEFAKTO.AZ

Elnarə Xəlilovanın mayor əri jurnalistlərə hücum etdi

14

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib.

Defakto.az xəbər verir ki, hadisə tanınmış jurnalist, Baku.TV-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.

R.Cahangirov T.Museyibovu itələyib, ərazidən uzaqlaşdırmaq istəyib, bu prosesi çəkən operatora isə yumruq atıb.

Rövşən Cahangirov əvvəllər “Space” və “Lider” TV-də çalışıb.

Keçmiş media əməkdaşının özünü qoçu, qolu zorlu, zorba və kobud aparması ictimai qınaqla nəticələnib.

Qeyd edək ki, R.Cahangirov müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir