Qazilər SOCAR-da işlə təmin olunub | DEFAKTO.AZ Qazilər SOCAR-da işlə təmin olunub – DEFAKTO.AZ

Qazilər SOCAR-da işlə təmin olunub

74

SOCAR-ın Təhlükəsizlik idarəsində ikinci Qarabağ mühariubəsinin daha 7 iştirakçısı işlə təmin edilib. İşə qəbul üçün İdarə tərəfindən elan olunan vakansiyalar üzrə 725 nəfərin müraciəti qeydə alınmış və onlardan 691 nəfər SOCAR tərəfindən keçirilən test imtahanında iştirak etmişdir. Test imtahanından keçən 144 nəfərin fiziki göstəriciləri yoxlanılmış və bu mərhələni keçənlər növbəti – müsahibə mərhələsinə buraxılmışlar. Müsahibə mərhələsindən 41 nəfər keçmişdir. Onların arasında 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qazilərdən Sofiyev Yaqub Soin oğlu, Əsgərli Surxay Nazim oğlu, Zeynalov Zahir Mahir oğlu, Mehdiyev Rəşadət Yəhya oğlu, İsmayıllı İsmayıl Vidadi oğlu, Əbilov İsmayıl Mais oğlu, Həsənov Nurlan Məmmədrza oğlu da qənaətverici nəticə göstərərək, SOCAR-ın keçirdiyi işə qəbul müsabiqəsində qalib gələrək, işə qəbul olunmuşlar.

Qəbul olunan yeni əməkdaşlar neft mədənlərinin, boru kəmərlərinin və neft sənayesinə aid digər obyektlərin mühafizəsində iştirak edəcəklər.

Xatırladaq ki, şəhid ailəsi üzvlərinin və qazilərin məşğulluğunun təminatına SOCAR-da xüsusi diqqət yetirilir. Hazırda təkcə Təhlükəsizlik İdarəsində 116 nəfər müharibə iştirakçısı və 9 şəhid ailəsi üzvü çalışır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir