Naqif Həmzəyev: “Azərbaycanın Türkmənistan və İranla imzaladığı müqavilə regionun enerji xəritəsini dəyişə biləcək” | DEFAKTO.AZ Naqif Həmzəyev: “Azərbaycanın Türkmənistan və İranla imzaladığı müqavilə regionun enerji xəritəsini dəyişə biləcək” – DEFAKTO.AZ

Naqif Həmzəyev: “Azərbaycanın Türkmənistan və İranla imzaladığı müqavilə regionun enerji xəritəsini dəyişə biləcək”

318

Noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.

Razılaşmanın imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi də iştirak ediblər.

Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 – 2 milyard kubmetrədək qaz göndəriləcək.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, regionda daha bir əməkdaşlıq formatının əsası qoyuldu.

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın çox mühüm layihələrin təşəbbüskarı kimi çıxış etməsi və yeni formatların fiquruna çevrilməsi bizi çox gücləndirir. Yeni reallıqlar fonunda bu Azərbaycanın uğuru kimi qiymətləndirilməlidir”.

“Bundan öncə Türkiyə-Azərbaycan-Gürcüstan, həmçinin Azərbaycan-Rusiya-İran və Türkiyə-Rusiya-İran formatında əməkdaşlıq mühüm iqtisadi platforma kimi həm nəqliyyat, həmçinin enerji layihələrinin reallaşması mümkün etmişdi” –deyə, deputat əlavə edib:

“Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında arasında imzalanan qaz mübadiləsinə dair üçtərəfli müqavilə də bu cür əməkdaşlıqların davamı kimi qiymətləndirilməli və dəyərləndirilməldir. Müqavilənin əhəmiyyəti ilə bağlı cənab Prezident İlham Əliyev öz çıxışında da bildirdi ki, bu tarixi sənəddir, Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq, bu, üçtərəfli əməkdaşlıq üçün də zəmindir”.

Deputat bildirib ki, gün ərzində Türkmənistandan İran vasitəsilə Azərbaycana 5-6 milyon kubmetr qaz nəqlediləcək ki, illik həcm 1,5-2 milyard kubmetrə çatacaq.

“Ən əsası ondan ibarətdir ki, müqavilə dekabr ayının 1-dən qüvvəyə minir və dekabrın 22-dən qaz nəqlinə start veriləcək. Layihə ilk növbədə Avropa enerji təhlükəsizliyində mühüm amilə çevrilən Azərbaycanın Türkmənistan və İranla imzaladığı müqavilə regionun enerji xəritəsini dəyişə biləcək. Son 10 ay ərzində Azərbaycan Cənub qaz dəhlizi vasitəsilə 4 milyard kubmetrdən artıq təbii qaz nəql edib. Faktiki olaraq Azərbaycan qazı Türkiyə, Gürcüstan,İtaliya, Yunanıstan, Bolqarıstan və s. dövlətlər tərəfindən istifadə edilir. Bu həcmin artırılması və Avropa İttifaqının digər dövlətlərinə də Azərbaycan və Türkmənistan qazının çatdırılmasının reallaşması artıq gerçəyə çevrilməkdədir. İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci zirvəsində əldə olunan bu razılıq, imzalanan bu sənəd, həmçinin cənub-şimal və cənun-qərb tranzit xətlərinin Azərbaycan üzərindən reallaşması və dirilməsini şərtləndirməkdədir. Bütün bunların fonunda Ermənistan reallıqları daha yaxşı anlayacaq və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa, həmçinin Zəngəzur koridorunun işə düşməsində daha da maraqlı olacaq. Əks təqdirdə Ermənistan bütün iqtisadi layihərdən kənarda qala bilər. Zəngəzur koridorunun işə düşməsi ilə İrəvan da müəyyən dividentlər əldə edə bilər. Bir sözlə, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanınbütün beynəlxalq platformalarda uğurla iştirak etməsi və regionda enerji xəritəsini dəyişdirə biləcək əhəmiyyət kəsb edən bu üçtərəfli saziş həm ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına, həmçin digər sahələr üzrə dostluq və əməkdaşlığın güclənməsinə xidmət edəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir