Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib – FOTO | DEFAKTO.AZ Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib – FOTO – DEFAKTO.AZ

Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib – FOTO

288

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri — Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Arxiyepiskop Aleksandr və Dağ yəhudiləri dini icmasının başçısı Melix Yevdayev, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qəhrəman Vətən oğullarının xatirəsini yad etmək məramı ilə II Fəxri Xiyabanda olublar.
Bu barədə “Qafqazinfo”ya QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin 40-cı anım günündə onların məzarları başında bütün Vətən şəhidlərimizin ruhları üçün Quran oxunub, Allahdan rəhmət dilənib və məzarlarına tər çiçəklər düzülüb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir