Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində öldü | DEFAKTO.AZ Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində öldü – DEFAKTO.AZ

Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində öldü

6

Silahla ehtiyatsız davranması nəticəsində ölən polis baş serjantı Rahib Mütəllimovun fotosunu təqdim edirik.

11:49

Azərbaycanda polis ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.

Defakto.az-ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Belə ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət almış R.Mütəllimov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir