Teymur Rəcəbov Rusiya Xalq artistinin qızı ilə nişanlandı – Fotolar | DEFAKTO.AZ Teymur Rəcəbov Rusiya Xalq artistinin qızı ilə nişanlandı – Fotolar – DEFAKTO.AZ

Teymur Rəcəbov Rusiya Xalq artistinin qızı ilə nişanlandı – Fotolar

6

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb. 

Defakto.az xəbər verir ki, bu barədə A.Maksakova İnstaqram hesabında paylaşıb. Xalq artisinin nəvəsi fotonun üzərinə “FİDE dünya çempionatında nişanlımla” şərhini yazıb. 

Daha sonra Rəcəbov özü də nişanlısının paylaşımını “repost” edərək məlumatı təsdiqləyib. 

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub.  Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var. 

Xatırladaq ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir