Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, bəstəkar Elnarə Dadaşova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Bakı Xoreoqrafiya Akademiyasının dekanı, Əməkdar artist Sənan Hüseynli, “Vektor”-un qurucu başqanı prof. dr. Elçin İsgəndərzadə, DGTYB başqanı İntiqam Yaşar ilə görüşən Q.Paşayeva qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
Müzakirələrdə undulmuş Azərbaycan marşları, “erməniləşdirilən” rəqslərimiz və bu kimi digər vacib mövzularda tədbirlərin və müvafiq layihələrin dəstəklənməsi, hərbi-vətənpərvərlik motivli yeni sənət əsərlərinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.Komitə sədri görüş iştirakçılarının yaradıcılığındakı yeniliklər və planları ilə maraqlanıb, onlara yeni uğurlar diləyib.
Komitə sədri sənət xadimlərinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.Görüşdə “Regional Hüquqi və iqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva iştirak edib.